İnvoysların Maliyyəşdirilməsi | PASHA Bank

PAŞA Banka xoş gəlmişsiniz

Faktorinq məhsulları

İnvoyslarınızı faktorinq ilə maliyyələşdirin

1 iş gününə

vəsait hesabınızda

6 ayadək

maliyyələşmə müddəti

500 000 AZN-dək

maksimal məbləğ

Müraciət et
rocket
Sürətli maliyyələşmə

Mal təhvili zamanı təchizatçının maliyyələşdirilməsi

Borcun idarəolunması

Biznes öhdəliklərin gözləmədən ödənilməsi

rocket
Girovsuz

Girov tələbi olmadan yalnız biznesin maliyyə göstəriciləri əsasında

Minimum sənəd

Əlavə sənədə ehtiyac olmadan

Məhsulu necə əldə etmək olar

1
Təchizatçı sənədləri “PAŞA Bank”a onlayn təqdim edir
2
“PAŞA Bank” müraciəti təhlil edir və qərarı təqdim edir
3
Faktorinqin limit məbləği müştərinin hesabına köçürülür

Tez-tez verilən suallar

B2B (biznesdən biznesə) sahibkarlar (təchizatçılar) üçün.

Faktorinq ilə alıcı tərəfindən ödənilməmiş e-qaimələrin maliyyələşdirilməsi mümkündür. Əlavə olaraq faiz dərəcəsi kredit məhsullarından daha aşağıdır.

Bəli. Geri ödədikdən sonra məhsuldan yenidən istifadə edə bilərsiniz.

Xeyr. Komissiya ilk maliyyələşmə zamanı ayrılmış limit məbləğinə tətbiq edilir.

Yalnız limitin istifadə olunan məbləğinə illik faiz gündəlik formatda hesablanır. Yəni 20 gün ərzində vəsait geri qaytarıldıqda illik faiz 360 bank gününə bölünüb 20 günə vurulmaqla hesablanacaq.

Limitin yalnız istifadə edilən hissəsi MKR-də əks olunacaq.

Vəsaitin istifadə məqsədində bank tərəfindən məhdudiyyət yoxdur.

Ödəniş günüdən sonrakı gün, illik cərimə faizi gündəlik formatda hesablanır. Yəni 20 gün ərzində vəsait geri qaytarıldıqda illik faiz 360 günə bölünüb 20 günə vurulmaqla hesablanacaq.

Lazımi sənədlər, tələblər və şərtlər

Aylıq faiz dərəcəsi
0.9%-dən
Maliyyələşdirmə müddəti
6 ayadək
Birdəfəlik komissiya
0.5%
Maliyyələşdirilən məbləğ
Təqdim edilən sənəd üzrə məbləğin 90%-dək (ƏDV nəzərə alınmadan)
Maliyyələşdirmənin valyutası
AZN
Cərimə faiz dərəcələri
İllik faiz dərəcəsi + 15%
Təminat tələbi
Üçüncü şəxsin(lərin) zaminliyi
check Müştərinin ən azı son 12 ayı əhatə edən bütün bank hesablarından çıxarışlar
check Vergi şəxsi hesab vərəqəsindən çıxarış – son 12 aylıq (analiz tarixinə son 1 aydan gec olmayan)
check Dövlət Reyestrindən ən son çıxarış
check Alıcı və satıcı arasında imzalanmış müqavilənin və ya alış sifarişinin surəti
check Elektron-qaimələrin qeydiyyat faylı
check MKR çıxarışları (şirkətin və təsisçilərin, analiz tarixinə son 1 aydan gec olmayan)

Digər tələblər bankın kreditlərin verilməsi və digər daxili normativ sənədlərinə əsasən müəyyən olunur