Addım 1
Elektron imzanın əldə edilməsi
Elektron imza üçün öncə “ASAN İmza” əldə edərək aktivləşdirmək lazımdır.
Bunun üçün mobil operatorlara müraciət edin: mövcud nömrə olmalı yaxud yeni nömrə əldə etməlisiniz. Aktivasiya “ASAN Xidmət” mərkəzlərində aparılır.
“ASAN İmza” şəxsi və biznes növlərində olur; fərdi sahibkarın qeydiyyatı üçün biznes imzası tələb olunur. “ASAN İmza” əldə etdiyiniz zaman bunu mütləq qeyd etməlisiniz.
Addım 2
Fəaliyyət növünün seçilməsi
Cəmi 758 fəaliyyət növü var. Siyahını nəzərdən keçirin və ya qeydiyyat zamanı vergi saytında axtarış edərək uyğun növü tapın.
Bəzi fəaliyyət növləri lisenziya tələb edir (Ətraflı məlumat).
Əvvəlcə lisenziya tələb etməyən bir fəaliyyət seçin, çünki lisenziya almaq üçün VÖEN lazımdır. VÖEN açıldıqdan sonra lisenziyanı əlavə etmək mümkündür.
Addım 3
Vergi mükəlləfiyyətinin seçilməsi
Fiziki şəxs fəaliyyət göstərdiyi sahələrə uyğun vergi mükəlləfiyyətini seçməlidir.
Sadələşdirilmiş vergi (2%): Əsasən vətəndaşlara xidmət göstərənlər üçün nəzərdə tutulub. Vergi gəlirin ümumi məbləğindən hesablanır, xərclər çıxılmır. Məsələn, 100 AZN gəlirdən 2%-i, yəni 2 AZN təşkil edəcək. Dövriyyə 200K AZN-ə qədər olmalıdır.
Fiziki şəxslərin gəlir vergisi (20%): Əsasən digər vergi ödəyiciləri ilə işləyənlər üçün nəzərdə tutulub. Vergi, gəlirdən çıxılan xərclər nəzərə alınaraq hesablanır. Məsələn, 20.000 manat gəlir və 5.000 manat xərc olduqda, vergi 15.000 manatın 20%-i, yəni 3 000 AZN təşkil edəcək. Ən azı 3 işçi olan gəlir vergisini 5% ilə ödəyir.
Əlavə dəyər vergisi (ƏDV, 18%): Əsasən idxal edən və ƏDV ödəyiciləri ilə işləyənlər üçün (ƏDV-ni əvəzləşdirmək məqsədilə) tövsiyə olunur. Son ardıcıl 12 ay ərzində dövriyyə 200K AZN-i keçərsə, məcburi olaraq ƏDV ödəyicisi olmaq tələb olunur.
Addım 4
Vergi saytında qeydiyyat
ASAN imza ilə vergi saytına daxil olun (PIN 1 iki dəqiqə ərzində daxil edilməlidir). Qeydiyyatdan keçin və ünvan, fəaliyyət kodu və vergi rejimini qeyd edin. Müraciəti PIN 2 ilə iki dəqiqə ərzində təsdiq edin.
Addım 5
Şəhadətnamənin alınması
Vergi saytında ərizə doldurduğunuz profildən şəhadətnaməni yükləyin. Şəhadətnamə, VÖEN-i aldığınızı təsdiq edir.
Addım 6
Bank hesabının açılması
PAŞA Bank-da onlayn hesab açın. Manat hesabı mütləqdir. Əgər beynəlxalq əməliyyatlar icra olunacaqsa, xarici valyuta hesabını da seçə bilərsiniz
Fərqlər hüquqi forma seçməyə kömək edəcək
Fərdi sahibkar | Hüquqi şəxs |
Fərdi şəxsdir |
Konkret şəxsə bağlı deyil |
Borclarına şəxsi əmlakı ilə cavabdehdir |
Borclara görə yalnız şirkətin öz aktivləri ilə cavabdehdir |
Dividend üçün vergi ödəmir |
Dividend üçün təsisçi 10% vergi ödəyir |
Fəaliyyətdən əldə olunan gəlir şəxsən ona məxsusdur |
Mənfəət təsisçilərə deyil, şirkətin özünə məxsusdur |
Hüquqi şəxs |
Konkret şəxsə bağlı deyil |
Borclara görə yalnız şirkətin öz aktivləri ilə cavabdehdir |
Dividend üçün təsisçi 10% vergi ödəyir |
Mənfəət təsisçilərə deyil, şirkətin özünə məxsusdur |
Həm fərdi sahibkar, həm də hüquqi şəxs müqavilə bağlaya, işə əməkdaş qəbul edə, mal alıb-sata, anbarlar icarəyə götürə, istehsalat qura bilər və s.