Guarantees | PASHA Bank

PAŞA Banka xoş gəlmişsiniz

Ana səhifə Bank qarantiyası

Bank qarantiyası

Müqavilə öhdəliklərinin yerinə yetirilməsinə zəmanət

Müraciət et

Üstünlükləri Faydaları

Sərfəli

Sərfəli tariflər və yüksək etibarlılıq

Çevik

Minimal sənəd tələbi ilə müraciət günü əldə etmək imkanı

Əlaqə

Hazırlanmasına cavabdeh mütəxəssislərlə birbaşa əlaqə

Təşkilatçı dəstəyi

Müqavilələrin / əməliyyatların / tender təşkilatçısının xüsusi tələblərinin nəzərə alınması

Dövlət sifarişləri bazarına daxil olmaq imkanlarınızı genişləndirin.

Müqavilə üzrə ödənişinizi avans ödəmədən yerinə yetirin.

Kontraqent tərəfindən borc vəsaitlərinin cəlb olunması xərcindən daha aşağı olan əmtəə kreditini əldə edin.

Çatdırılmış mallar və ya göstərilmiş xidmətlər dəyərinin ödənilməsinə möhlət alın.

Yeni partnyorla müqavilələrinizi 
risksiz bağlayın.

Əməkdaşlıq etdiyiniz partnyorlar 
bazasını genişləndirin.

Bank qarantiyası ilə bağlanmış müqavilə üzrə şərtlərin dəqiq və düzgün yerinə yetirilməsini stimullaşdırın.

Bank qarantiyası nə üçün lazımdır?

Malların çatdırılması və ya xidmətlərin göstərilməsi üzrə müqavilə öhdəlikləri yerinə yetirilmədikdə,
Alıcı və ya Satıcının yarana biləcək zərərlərini azaltmaq məqsədi ilə istifadə olunur.

Kimlər üçün nəzərdə tutulub?

Məhsuldan tərəfdaşlarla biznes əməkdaşlıq müqaviləsi olan hüquqi şəxslər və fərdi sahibkarlar faydalana bilər.

Bank qarantiyaları

Hamısı Tender təklifi qarantiyası Ekspress-tender qarantiyası İcra qarantiyası Avans ödənişinin geri qaytarılması qarantiyası Maliyyə vəsaitlərinin saxlanması qarantiyası Ödəmə qarantiyası Gömrük və ya vergi qarantiyası Kontrqarantiya

Tender təklifi qarantiyası

Satıcı tərəfindən xidmət və ya malların Alıcısı qarşısında tender şərtlərinin
yerinə yetirilməsini təmin edir.

Tender qalibi Satıcının xidmətlərin icrasına və ya malların çatdırılmasına dair müqavilənin
imzalanmasına etiraz riskini aradan qaldırır.

Ekspress-tender qarantiyası

Satıcı tərəfindən xidmət və ya malların Alıcısı qarşısında tender şərtlərinin yerinə
yetirilməsini təmin edir.

Tender qalibi Satıcının xidmətlərin icrasına və ya malların çatdırılmasına dair
müqavilənin imzalanmasına etiraz riskini aradan qaldırır.

Girov və ya nağd vəsait tələb olunmadan Banka müraciət edilən gün təqdim edilir.

İcra qarantiyası

Satıcının müqavilə üzrə malların çatdırılması və ya xidmətlərin icrası barədə öhdəliklərinin Alıcı
qarşısında tam yerinə yetirilməsini təmin edir.

Avans ödənişinin geri qaytarılması qarantiyası

Satıcı tərəfindən xidmətlərin icrası və ya malların çatdırılması ilə bağlı öhdəliklər yerinə yetirilmədikdə
Alıcının əvvəlcədən ödədiyi vəsaitin geri qaytarılmasını təmin edir.

Maliyyə vəsaitlərinin saxlanması qarantiyası

Müqavilənin bitmə müddətinə kimi (qüsurların aradan qaldırılma müddəti də daxil olmaqla)
Alıcıdan müqavilənin müəyyən hissəsi dəyərində saxlanılan vəsaitin Satıcıya
ödənilməsini təmin edir.

Satıcı tərəfindən icra ilə bağlı uyğunsuzluq olduqda Alıcıya qarantiya məbləğinin
ödənilməsini təmin edir.

Ödəmə qarantiyası

Alıcı tərəfindən çatdırılmış malların, görülən xidmətlərin dəyərinin Satıcıya ödənilməsini təmin edir.

Gömrük və ya vergi qarantiyası

Sahibkarın vergi və gömrük xidmətləri nümayəndələri qarşısında vergi və gömrük ödənişlərinin
həyata keçirilməsi üzrə öhdəlikləri təmin edir.

Kontrqarantiya

Müştərinin ərizəsi əsasında Bank-Kontrqarant (PAŞA Bank) Bank-Qarantın (Benefisiarbank)
xeyrinə verilmiş qarantiya və bunun əsasında Bank-Qarant Benefisiarın xeyrinə öz qarantiyasını verir.

Bank qarantiyasını üçün 4 sadə addım

online

Ərizəni sayt üzərindən onlayn və ya Bankın Sizə yaxın Biznes mərkəzinə yaxınlaşaraq təqdim edin.

online

Bank menecerinin dəstəyi ilə sənədləri toplayın.

online

Bank ilə müqavilə bağlayın.

online

Qarantiyanı əldə edin.

Müraciət forması