“Tarifim” seçdiyiniz məhsullar üzrə dövriyyənizi əvvəlcədən müəyyən edib, komissiyanı endirimlə ödəməyə və 3 və ya 12 ay ərzində əməliyyatları komissiyasız həyata keçirməyə imkan verir.
Bu, Standart tariflə müqayisədə 60%-dək qənaət deməkdir
Edəcəyiniz ödənişlərin toplam məbləğini qeyd edərək öz tarifinizi yarada bilərsiniz.
|
Ölkədaxili
|
|
|
Beynəlxalq
Beynəlxalq ödəniş sayı
|
|
|
Valyuta mübadiləsi
|
|
|
Əməkhaqqı fondu
Yeni
Korporativ biznes kartı hədiyyə
Əməkhaqqı kartı
hədiyyə
Yeni kart sifarişi, kartın yenilənməsi və müddətin uzadılması |
Ə/h ödənişləri və ə/h kartlarının sifarişi, yenilənməsi və uzadılması
Ölkədaxili manat ödənişləri, Vergi/Büdcə və Hökumət ödənişləri
USD, EUR, RUB və digər valyutalarda beynəlxalq ödənişlər
Bütün valyutalar və manat arasında valyuta mübadilələri
PAŞA Bank hesabları arasında bütün köçürmələr Tarifim istifadəçiləri üçün pulsuz və limitsizdir
“Tarifim”ə istənilən məhsul ilə qoşularaq, "PAŞA Bank" tərəfdaşlarınıza ödənişləri pulsuz və limitsiz həyata keçirəcəksiniz. Bankdaxili ödənişlər əldə etdiyiniz məhsul limitlərinə təsir etmir.
“Tarifim” sizə limitsiz və komissiyasız ödəniş etməyə imkan verir
Əməkhaqqı fondundan asılı olaraq pulsuz əməkhaqqı kartları əldə edirsiniz (yeni kart alışı, kartın yenilənməsi və müddəti uzatma daxil). Daha böyük fond — daha çox pulsuz kart.
Nə qədər çox sayda məhsul və böyük dövriyyə əldə etsəniz, endiriminiz o qədər çox olacaq. “Tarifim” 3 məhsul üçün 3%, 4 məhsul üçün 4% endirim təklif edir. Yüksək məbləğlərdə isə hesablama əmsalı daha aşağıdır.
“Tarifim” ilə illik komissiyanı bir dəfə ödəyir, il ərzində etdiyiniz köçürmələrdə komissiya olmadığı üçün hesabatları daha asan aparırsınız
“Tarifim” istifadəçisi üçün bankdaxili ödənişlər komissiyasız və limitsizdir. Standart tariflə isə hər bankdaxili ödəniş üçün komissiya 0.05%, 1–15 AZN arası təşkil edir.
Tarifim çərçivəsində əməkhaqqı fondu əldə etdikdə, pulsuz korporativ biznes kartı və əməkhaqqı kartlarını hədiyyə alırsınız
“Tarifim” nədir və hansı üstünlükləri təqdim edir?
“Tarifim” xidməti istifadəçilərə standart tariflərdən fərqli olaraq, öz ehtiyaclarına uyğun xüsusi tarif yaratmaq imkanı verir. İstifadəçi qeyd etdiyi dövriyyə, məhsul sayı və müddət əsasında, standart tariflərlə müqayisədə daha yüksək endirimlər əldə edə bilər.
“Tarifim” hansı ödəniş məhsullarını əhatə edir?
Hazırda müştərilər “Tarifim” xidmətindən 4 əsas məhsul üzrə istifadə edə bilərlər:
“Tarifim” hansı endirimləri təklif edir?
Daha çox dövriyyə, məhsul sayı və 12 aylıq müddəti seçərək daha sərfəli tariflərdən yararlanmaq mümkündür. Bütün şərtlər “Ətraflı” bölməsində göstərilir.