Mal təhvili zamanı təchizatçının maliyyələşdirilməsi
Biznes öhdəliklərin gözləmədən ödənilməsi
Girov tələbi olmadan yalnız biznesin maliyyə göstəriciləri əsasında
Əlavə sənədə ehtiyac olmadan
Kim faydalana bilər?
B2B (biznesdən biznesə) sahibkarlar (təchizatçılar) üçün.
Kredit xətti faktorinqdən nə ilə fərqlənir?
Faktorinq ilə alıcı tərəfindən ödənilməmiş e-qaimələrin maliyyələşdirilməsi mümkündür. Əlavə olaraq faiz dərəcəsi kredit məhsullarından daha aşağıdır.
Faktorinq bərpaolunandır?
Bəli. Geri ödədikdən sonra məhsuldan yenidən istifadə edə bilərsiniz.
Hər istifadədə komissiya tutulur?
Xeyr. Komissiya ilk maliyyələşmə zamanı ayrılmış limit məbləğinə tətbiq edilir.
İllik faiz dərəcəsi hansı məbləğə hesablanır?
Yalnız limitin istifadə olunan məbləğinə illik faiz gündəlik formatda hesablanır. Yəni 20 gün ərzində vəsait geri qaytarıldıqda illik faiz 360 bank gününə bölünüb 20 günə vurulmaqla hesablanacaq.
Limit MKR-da öhdəlik kimi əks olunur?
Limitin yalnız istifadə edilən hissəsi MKR-də əks olunacaq.
Ayrılacaq məbləğ hansı məqsədlər üçün istifadə oluna bilər?
Vəsaitin istifadə məqsədində bank tərəfindən məhdudiyyət yoxdur.
Maliyyələşmə günü bitdikdən sonra alıcı ödənişi etmədiyi halda hesablanma prosesi hansı yolla edilir?
Ödəniş günüdən sonrakı gün, illik cərimə faizi gündəlik formatda hesablanır. Yəni 20 gün ərzində vəsait geri qaytarıldıqda illik faiz 360 günə bölünüb 20 günə vurulmaqla hesablanacaq.
Digər tələblər bankın kreditlərin verilməsi və digər daxili normativ sənədlərinə əsasən müəyyən olunur