Müqaviləni peşəkar standartlara uyğun şablonlarla dəqiq və sürətli hazırlayın
Məlumatları əl ilə daxil etmədən prosesə başlayın
Hüquqi tələblərə tam cavab verən sənədlər əldə edin
Müqaviləni sürətli və rahat şəkildə onlayn imzalayın
"E-müqavilə" sahibkarlara müqavilələri dəqiq, sürətli və səhvsiz hazırlamağa kömək edən rəqəmsal xidmətdir.
E-müqavilə nədir?
E-müqavilə "PAŞA Bank Biznes" platformasında təqdim olunan rəqəmsal xidmətdir. Bu xidmət vasitəsilə istifadəçilər müqavilə şablonlarını avtomatik dolduraraq asanlıqla yarada bilərlər.
E-müqavilədən kimlər istifadə edə bilər?
E-müqavilə xidmətindən yalnız PAŞA Bank müştəriləri yararlana bilərlər.
Xidmətin istifadəsi ödənişlidirmi?
Xeyr, “E-müqavilə” xidməti tamamilə ödənişsizdir.
Müqaviləni yaratmaq üçün hər iki tərəf iştirak etməlidir?
Xeyr, bir tərəf müqaviləni hər iki tərəf üçün yarada bilər. Bunun üçün müqavilədə digər tərəfin məlumatları düzgün şəkildə daxil edilməlidir.
Müqavilə yalnız öz adıma yaradıla bilər?
Xeyr, VOEN-i dəyişdirərək digər şəxs üçün də müqavilə yaratmaq mümkündür.
E-müqavilə hansı müqavilə növlərini təqdim edir?
Hazırda bu müqavilələrin yaradılması üçün xidmətdən faydalana bilərsiniz:
E-müqavilə rəqəmsal imza ilə imzalana bilərmi?
Hazırda "E-müqavilə" xidmətində rəqəmsal imza funksiyası mövcud deyil. Lakin gələcəkdə bu funksiyanın əlavə olunması planlaşdırılır.
Hazır müqaviləni hansı formatda yükləmək olar?
Müştərilər müqaviləni “.docx” formatında yükləyə bilərlər.
Müqavilə yaradılarkən məlumatlar avtomatik doldurulurmu?
Bəli, sistem müştərinin bir çox məlumatlarını avtomatik dolduraraq müqavilənin yaradılmasını sürətləndirir.