Cəmi 3 addıma müraciəti yekunlaşdırın
Ərizənin rəsmiləşdirilməsindən - kredit vəsaitinin alınmasınadək
Bankın qərarını öyrənənə qədər hesab açmağa ehtiyac yoxdur
Bankın təklifini qəbul etdiyiniz gün vəsait hesabınızda
Təsisçi – “Bouquet & Co və Torte.az”
Girovsuz biznes kreditini necə əldə edə bilərəm?
"ASAN İmza" və rəsmi dövriyyəsi olan sahibkar sme.pashabank.az saytında tələb olunan sənədləri və məlumatları təqdim etməklə müraciət edə və 1 iş günü ərzində girovsuz krediti əldə edə bilər.
Biznes krediti necə verilir?
Kreditin müraciəti və verilməsi tamamilə onlayn həyata keçirilir. Rəqəmsal kanallar üzərindən müraciət bank tərəfindən 1 iş günü ərzində dəyərləndirilir və vəsait müştəri tərəfindən seçilən cari hesaba köçürülür.
Biznes qurmaq üçün kredit verilirmi?
Biznes kreditinin verilməsi üçün VÖEN-in minimum 12 aylıq fəaliyyət müddəti və rəsmi dövriyyəsi olmalıdır. Kredit dövriyyə vəsaitinin artırılması, mal alışı və s. məqsədlər üçün bank tərəfindən sahibkarlara verilir.
Kiçik bizneslərə kredit verilirmi?
Onlayn biznes kreditlər minimum 5000 AZN olmaqla, 250 000 AZN-dək məbləğlərdə sahibkarların maliyyələşdirilməsi üçün təqdim olunur.
Kredit müraciətinə neçə gün ərzində baxılır?
Rəqəmsal kanallar üzərindən müraciət kredit məhsulları üzrə tələb olunan sənəd və məlumatlar təqdim edildikdən sonra bank tərəfindən dəyərləndirilir. Təklifin verilməsi 1 iş günü ərzində həyata keçirilir. Müştəri müqaviləni imzaladıqdan sonra qısa zaman ərzində vəsait müştərinin cari hesabına köçürülür.
Zaminlik müqaviləsini necə imzalamaq olar?
Sənədlərin imzalanması üçün "PAŞA Bank Biznes"də zaminlik müqaviləsi nümunəsi əlavə olunmuşdur. Sənədi kağız daşıyıcıda imzalayıb banka kuryer vasitəsilə göndərə və ya "ASAN İmza"/"SİMA İmza" vasitəsilə imzalaya bilərsiniz.
Kreditə imtina səbəbini necə aydınlaşdıra bilərəm?
Kredit müraciəti rədd edildikdə, bank imtinanın səbəbini bildirir. Bu səbəb adətən müştərinin sorğusuna cavabda göstərilir. Səbəblər kredit tarixçəsi və dövriyyə kimi amilləri əhatə edə bilər.
Biznes kreditini karta köçürə bilərəm?
Kreditin ayrılması üçün kart olması tələbi yoxdur. Bank tərəfindən ayrılmış məbləğ sizin cari hesabınıza köçürüləcəkdir. Hesabınızında olan vəsaiti "PAŞA Bank Biznes" platforması və mobil tətbiqindən istifadə edərək VÖEN-ə bağlı olan biznes kartınıza köçürə bilərsiniz.