PAŞA Banka xoş gəlmişsiniz

Ticarət kredit xətti

“Sarvan”, “Sadaf Trade” və ya “Vektor” şirkətlərindən mal alışı üçün
check Girovsuz və sənədsiz
check Güzəşt müddəti ilə
check Sorğunun dərhal cavablandırılması
Niyə Ticarət kredit xətti?
Sizə ayrılmış kredit məbləğindən hissə-hissə və ya tam şəkildə
istifadə edə bilərsiniz. İstifadə olunan məbləği növbəti ayın 7-dək illik 0% ilə geri ödəmək imkanınız var.
Kimlər yararlana bilər?
“Sarvan”, “Sadaf Trade” və ya “Vektor” şirkətlərindən mal alan və ticarət ilə məşğul olan kiçik və orta sahibkarlar.

Məhsulun şərtləri nədir?

Maksimal məbləğ

50 000 AZN

Güzəşt müddəti 0% ilə*

Növbəti ayın 7-dək

Hər istifadə üçün

1% komissiya

İllik faiz dərəcəsi

24%

Müddət

6 ay

* İstifadə olunmuş məbləğ güzəşt müddəti ərzində geri ödənilmədikdə, 24% illik faiz tətbiq olunacaqdır

Sizə hansı üstünlükləri gətirəcək?

1 iş gününə

Təklifi qəbul etdiyiniz gün kredit limiti kartınızda.

Girovsuz və sənədsiz

Krediti almaq üçün heç bir sənəd və girov təqdim etmirsiniz.

Daha çox satışlar

İstədiyiniz qədər mal alıb biznesinizi genişləndirin.

Necə işləyir?

1

ASAN İmza ilə onlayn müraciət edin və 1 iş gününə kredit əldə edin.

2

Kredit limitindən hissə-hissə və ya tam şəkildə istifadə edin. Hər istifadə üçün 1% komissiya.

3

İstifadə olunan məbləği növbəti ayın 7-dək illik faiz hesablanmadan geri ödəyib yenidən istifadə edin.

Ən çox verilən suallar

Kart üzərindən kredit xətti hansı müddətə ayrılır?

Kredit xəttinin müddəti 6 ay təşkil edir.

Güzəşt müddəti bitdikdən sonra, faiz yalnız istifadə olunmuş məbləğ və günlər üçün hesablanır.

  • 6 aylıq müddət üçün illik 24%;
  • 6 aylıq müddət bitdikdən sonra gecikdirilmiş əsas borc üzrə illik 33.5% ilə hesablanır.

Bəli, ayrılmış limitdən hər istifadə olunan məbləğə 1% komissiya tətbiq olunur.

Güzəşt müddəti müştərinin kredit xəttindən istifadə etdiyi tarixdən növbəti ayın 7-dək olan dövrdür. Bu müddət ərzində müştərinin faiz borcunu ödəmək öhdəliyi yoxdur.

Güzəşt müddəti bitdikdə istifadə olunan məbləğ geri ödənilmədiyi təqdirdə, ayın 7-sindən sonra hər gün üzrə faiz borcu hesablanır.

Güzəşt müddəti bitdiyi aydan sonrakı ayın ilk günündən gecikmə hesablanır. Məsələn, müştərinin kredit xəttindən istifadə etdiyi vəsaitin güzəşt müddəti 7 oktyabr tarixinədək olduğu halda, 1 noyabr tarixindən gecikmə hesab olunur.

Müştəri, 10 sentyabr tarixində 2000 AZN kredit limitindən 1200 AZN istifadə edir və onun 1200 AZN borc məbləği üçün güzəşt müddəti 7 oktyabr tarixidir. Müştəri, 3 oktyabr tarixində qalıq 800 AZN limiti də istifadə etdiyində bu məbləğin güzəşt müddəti 7 noyabr tarixidir.

Kredit xəttinin müddəti bitdikdə istifadə olunan məbləğ tam geri ödənilmədikdə, 6 aydan sonra əsas borcun qalığı üzrə 33.5% cərimə faizi hesablanır.

Bəli. Bununla bağlı müştəri kağız daşıyıcıda filiala və ya “ADOC” formatda virtualbranch.smesupport@pashabank.az e-poçt ünvanına müraciət edə bilər.

Bir iş günü ərzində kredit vəsaiti kartınızda

Sərfəli kredit xətti ilə istədiyiniz qədər tütün məhsulu alıb, biznesinizi genişləndirin,

öz vəsaitinizi digər məhsulların alışına sərf edin